"Şuşa səfərindən ermənilərin çıxarmalı olduqları çox mühüm nəticələr var" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidentinin işğaldan azad olunmuş rayonlarımıza ard-arda səfərlər etməsi təkcə daxili deyil, həm də beynəlxalq auditoriyaya verilmiş mesaj kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Onun sözlərinə görə, dövlət başçısının Şuşa səfəri xüsusi əhəmiyyət kəsb edir: "Bu səfərdən ermənilərin çıxarmalı olduqları çox mühüm nəticələr var. Ermənilər dərk etməlidir ki, Qarabağın dağı da, aranı da, yuxarısı da, aşağısı da Azərbaycanın ayrılmaz parçasıdır. Azərbaycan Qarabağın ən ucqar nöqtəsində də öz suveren hüquqlarını təmin edəcək. Şuşa Qarabağın mənəvi paytaxtıdır. Hadisələrin inkişafı göstərir ki, Böyük Qayıdış Şuşadan başlayacaq. Bu gün Prezidentin getdiyi yolla bir müddət sonra şuşalılar evlərinə gedəcək. Əminəm ki, analoji səfərlər Qarabağa qayıdış prosesini daha da sürətləndirəcək".
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə