"Prezident Şuşada düşmənə çox ciddi mesajlar verdi" ÖZƏL-MÜNASİBƏT

"Prezident İlham Əliyev Şuşaya səfərində bir çox vacib məqamlara toxundu və düşmənə çox ciddi mesajlar verdi. Bu baxımdan bu səfər xüsusi əhəmiyyət daşıyır. Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar. Ancaq edə bilmədilər. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Ermənistan tarixdə ən ciddi dərsini aldı". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bir daha Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi ki, onlar yenidən baş qaldırsalar bir daha dəmir yumruqla üzləşəcəklər: "Azərbaycan təxribatlara çox ciddi reaksiya verəcək. Odur ki, 44 gündə baş verənlərdən ermənilər ciddi nəticə çıxarmalıdırlar. Prezident ermənilərin tarixi abidələrimizə münasibətindən də geniş söhbət açdı. Ermənilərin mədəniyyət abidələrimizi, məscidlərimizi dağıtdıqlarını xüsusi qeyd etdi. Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi bu vəhşiliyin ən parlaq nümunəsidir. Bu bir daha ermənilərin necə vəhşi xalq olduqlarını göstərir. Sanki vəhşi qəbilə keçib bu yerlərdən.

Ermənistandan fərqli olaraq Azərbaycanda bütün dini abidələr, o cümlədən erməni kilsəsi dövlət tərəfindən himayə olunur. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır.

Digər vacib bir məqam isə beynəlxalq təşkilatların bu vəhşiliyə biganə münasibətidir. Azərbaycan məscidlərinin dağıdılmasına göz yuman bu qurumlar Azərbaycandakı xristian abidələrindən bu gün narahatlıqlarını ifadə edirlər. Bu bir daha ikili standartın və qərəzli münasibətin göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi narahat olmasınlar. Biz ermənilər kimi vəhşi deyilik. Hamısını qorumuşuq və qoruyacağıq. Azərbaycan qısa müddətdə bu bölgəni bərpa edəcək, bu yerlərdə tezliklə həyat öz axarına qayıdacaq. Azərbaycanın bunun üçün geniş imkanları, iqtisadi resursları və zəngin təcrübəsi var. Artıq ciddi işlərə başlanılıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...