“Bu, milli mediamızın inkişafı istiqamətində atılan mühüm addımdır” ÖZƏL-MÜNASİBƏT
“Məlum olduğu kimi Cənab Prezidentin Fərmanı ilə KİVDF-nin əsasında “Medianın İnkişaf Agentliyi” yaradılıb. Hesab edirəm ki, yeni qurumun yaradılması milli mediamızın müasir texnologiyalara uyğun inkişafı etdirilməsi istiqamətində atılan çox mühüm addımdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Birliyin sədri vurğulayıb ki, yeni qurumun yaradılması qlobal informasiya məkanında milli mediamızın dünya standartlarına cavab verilməsinə xidmət edir.
“44 günlük Vətən Müharibəsi zamanı mediamız istər daxili, istərsə də beynəlxalq auditoryanın informasiya ilə təmin olunmasında xüsusi və vacib rol oynadı. Ancaq təbii ki, beynəlxalq auditoriyanın daha da mükkəmməl informasiya ilə təmin edilməsində yeni texnologiyaların tətbiqi edilməsi bu gün daha aktualdır. Vətən Müharibəsini Qələbə ilə başa çatdıran Azərbaycan üçün yeni dönəm yaranıb. Bu dönəmdə isə əsas rol hərbin yox, dipıomatiya və informasiya müharibəsinin üzərinə düşəcəkdir. Cənab Prezidentin diplomatiya siyasətində də, hərb meydanında olduğu kimi apardığı uğurlu siyasəti öz bəhrəsini verib və verəcəkdir də. İnformasiya sahəsində də qələbənin təmin olunmsı üçün isə yeni islahatlar aparmaq və peşəkar mütəxəssilər hazırlamaq tələb olunur. Məhz bunun üçün Cənab Prezident həmişə olduğu kimi çevik addım ataraq yeni media qurumunun yaradılmasına qərar verib. Yeni qurumdan xüsusilə elektron informasiya vasitələrinin inkişaf etdirilməsini gözləyirəm. Əsas diqqət bu istiqamətə yönləndirilməlidir. Xarici dillərdə fəaliyyət aparacaq elektron informasiya vasitələri daha diqqətdə olmalı və beynəlxalq rəqabətə davamlı olmalıdır. Milli mediamızda vətənpərvərliyin təbliği, şəhidlərimizin, qazilərimizin təbliğ olunması ön planda olmalıdır. Mənim yeni qurumdan müsbət gözləntilərim çoxdur və inanıram ki, bu qurum mediamızın inkişafına yeni nəfəs gətirəcəkdir. Tez bir zamanda biz çox müsvət dəyişikliklərin şahidi olacayıq”, deyə Anar Xəlilov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB