Prezident İlham Rəhimovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev İlham Rəhimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov “Şöhrət” ordeni ilə təltif edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə