Qarabağda erməni əsgəri ÖLDÜ

“İlkin məlumatlara görə, əsgərin ölüm səbəbi ürək və ağ ciyər çatışmazlığıdır”. SİA xəbər verir ki, Qarabağda 2002-ci il təvəllüdlü erməni əsgərinin - Radik Edqaroviç Tatosyanın ölümü barədə ermənilərin ArmVoice teleqram kanalı yazıb.

Bununla yanaşı, kanal ölüm olayı ilə bağlı erməni hərbi-siyasi dairələrinə bir neçə sual da ünvanlayıb. “Necə olur ki, 19 yaşlı gənc oğlan bu cür xəstəliyə sahibdir və əgər bu belədirsə, onda tibb komissiyası hansı əsaslarla orduda xidmətinə icazə verib?”, deyə sual edən erməni teleqram kanalı Ermənistanın Müdafiə Nazirliyindən tələb edib ki, bu suallara cavabın verilməsi üçün adıçəkilən struktur bütün müvafiq sənədləri təqdim etməlidir.

Yeri gəlmişkən, noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın bir bəndinə görə, Rusiya sülhməramlıları kontingenti nəzarət elədiyi ərazilərə daxil olduğu andan bütün erməni hərbi birləşmələri həmin əraziləri tərk etməlidirlər. Lakin göründüyü kimi, orada hələ də erməni hərbi birləşmələri qanunsuz şəkildə qalmaqda davam edirlər və ortaya çıxan əsgər ölümü faktı da bunu təsdiq etməkdədir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...