Ermənilərin “Dejavyu” teleqram kanalı Paşinyanın Moskva səfərindən əvvəl tibbi müayinəsi ilə bağlı bəzi detallarını açıqlayıb. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı yazan teleqram kanalı daha bir ilginc məsələyə toxunub və həmin məsələ Nikol Paşinyanın saqqalı ilə bağlıdır.
“Məlum olduğu kimi, yanvarın 11-ə təyin edilmiş Moskva səfərindən əvvəl Rusiya Federasiyasından Ermənistana bir qrup rus həkimləri gələrək, baş nazir Paşinyanı müayinə ediblər. Bununla yanaşı, Rusiyadan gətirilən avadanlıqlarla müayinə aparan həkimlər nəticələrdən tam şəkildə əmin olmaq istəyiblər”, yazan teleqram kanalı qeyd edir ki, səfər haqqında gec xəbər verilmişdi və ona görə də araşdırmaların nəticələri hazır deyildi. Və...
“Lakin müsbət cavablar alındıqdan sonra həkimlər Nikol Paşinyanın qarşısında şərt qoyublar ki, o öz saqqalını qırxsın, belə ki, qırxılmamış saqqal müxtəlif mikrob və infeksiyaların mənbəyi hesab edilə bilər”, deyə qeyd edən “Dejavyu” əlavə edib ki, rus həkimlərinin bu tələbindən sonra Paşinyan xahiş edib ki, saqqalına toxunulmasın, çünki saqqalını 2018-ci ildəki inqilabın talismanı hesab edir. Ona görə də saqqalının dezinfeksiya olunmasını istəyib.
“Uzun söz-söhbətlərdən və müzakirələrdən sonra həkimlər ona cüzi saqqal saxlamağa icazə veriblər. Paşinyanın qısa saqqal tərzinə keçməsinin səbəbləri də məhz buna görə izah edilir”, deyə adıçəkilən teleqram kanalı yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB