Bu bəyanatın imzalanması Azərbaycan tərəfi üçün bir uğurdur - ŞƏRH ÖZƏL
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Görüş başlamazdan əvvəl proqnozlarımız da belə idi ki, böyük razılaşma, müharibəsinin nəticələrinin tamamilə aradan qaldırılması, fikir ayrıseçkiliyinə səbəb olan məsələlərin həll olunması və uzunmüddətli sülhü təmin etmək üçün lazım kompanentlər tələb olunan sənədlər imzalanmayacaq". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Ekspertin sözlərinə görə, bu görüşün nəticəsi olaraq da bir bəyanat imzalandı və bəyanat bu dəfə 4 bənddən ibarətdir: "Əsas etibarilə Naxçıvanla Azərbaycan arasında nəqliyyat, kommunikasiya əlaqələrinin qurulması, bu sahədə tikintinin həyata keçirilməsi, mövcud risklərin dəyərləndirilməsi məsələsi ilə bağlı hökumətlərarası işçi qrupu fəaliyyət göstərəcək və hər 3 tərəfin Baş nazirin müavinləri burada fəal rol oyanacaqlar. Lakin iqtisadi əlaqələrin qurulmasından öncə Azərbaycanın milli maraqlarına uyğun olardı ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın və bölgədə hələ də qalmış silahlı dəstələrin, terrorçuların bölgədən çıxmasını tamamilə təmin etsin və bu işdə sülhməramlı qüvvələr fəal rol oynasın".
İ.Hüseynov vurğulayıb ki, lakin istənilən halda bu bəyanatın imzalanması Azərbaycan tərəfi üçün bir uğurdur: "Çünki Ermənistan tərəfi 10 noyabr bəyanatının reallaşması istiqamətində müəyyən əngəl törədən addımlar atırdı, müxtəlif bəndlərlə, əsasən da 8-ci bəndlə manipulyasiya edirdi ki, bu bənd tamamilə təmin olunmasa, digər bəndlərin həyata keçirilməsi mümkün olmayacaq. Bu nöqteyi-nəzərdən bizim üçün Naxçıvanla əlaqənin qurulması və Naxçıvanın blokadadan çıxarılması, həmçinin Naxçıvan üzərindən Türkiyə ilə əlaqələrin yaradılması iqtisadi-ticari maraqların dövriyyəyə buraxılması, sülhü və təhlükəsizliyi təmin etmək məqsədilə perspektivdə əhəmiyyətli olacaq. Buna görə də, Moskva görüşü üzrə imzalanan bəyanata görə yanvar ayının sonunda qeyd olunan işçi qrupların da iclası keçiriləcək və digər məsələlər də öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB