"Moskva görüşü üç bəndlik Bəyannamə əsasında iqtisadi məsələləri özündə ehtiva etdi. Ermənistan və Rusiya tərəfi Dağlıq Qarabağda silahlı erməni birləşmələrinin ləğvini üzərlərinə götürmədiyi üçün humanitar məsələlər həllini tapmadı". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, əsasən, Hadrut təxribatlarında əsir götürülən silahlı ermənilər geri verilməyəcək: "Amma Azərbaycan və Ermənistan təhlükəsizlik rəsmiləri görüşlər keçirir, birbaşa Yerevanla müəyyən kontaktları nəzərə alsaq, Paşinyan Ermənistan silahlı qüvvələrini Qarabağa göndərməmək öhdəliyini yaxın perspektivdə üzərinə götürsə, əsirlər qaytarıla bilər. Paşinyanın buna getməsi çətin görsənir. Bu görüşdə açıq qalan suallar oldu. Status məsələsinin qabardılması, erməni silahlı birləşmələrinin çıxarılmaması fonunda kommunikasiyaların açılması maraqlarımıza cavab vermir. Ermənistan Rusiyaya, Azərbaycan Türkiyəyə quru əlaqəsini bərpa edir. Rusiya tərəflərin normal münasibətlər qurmasında maraqlı deyil. Dağlıq Qarabağın inkişafı üzrə işçi qrupunda Azərbaycanın təmsil edilməsi, əsasən, separatçılara Rusiya ərazisindən daşınan yüklərin həyata keçirilməsini legitimləşdirməkdir. Bu da bizim üçün məqbul deyil. Çünki orada separatizm və silahlılar qalırsa buna getmək olmaz. Moskva görüşündə Azərbaycan üçün əsas gözləntilər reallaşmadı. Bu, silahlı erməni birləşmələrinin tərksilah edilməsidir. Buna baxmayaraq, Azərbaycan mövqeyini qoruyub saxlayır. Prezident İlham Əliyevin erməni əsirləri qaytarmaması, humanitar məsələlərdə güzəştə getməməsi, əsasən, Rusiyanın tutduğu mövqedən irəli gəlir. İrəlidə ciddi çətin bir siyasi mərhələ var. Türkiyə ilə birgə irəliləyişlə məqsədimizə çata bilərik. Ermənistanda Nikol Paşinyana qarşı hər hansı bir ciddi etirazlar nəticə verməyəcək. Ermənistan müxalifətinin bir neçə gündür iddia etdiyi kimi sənədlər imzalanmadı. Bu görüşdən sonra Paşinyan xalqına deyəcək ki, Ermənistanı nəqliyyat və iqtisadi blokadasından çıxarıram. Ölkəni inkişafa aparıram. Bir müddətdən sonra Ermənistan rəhbərliyi hakimiyyətdə qalarsa, Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər. İlk növbədə, Paşinyan müxalifəti tam sıradan çıxarmalıdır. Cəmiyyəti buna hazırlamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB