Putin Azərbaycanla əlaqələrin inkişafını yüksək qiymətləndirdi RİA Novosti yazır
Rusiya və Azərbaycan arasında münasibətlər, ilk növbədə iqtisadiyyat sahəsində çox uğurla inkişaf edir. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüşü zamanı deyib.
"Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir və bu, ilk növbədə iqtisadi komponentə aiddir. Bizim birgə iş sahələrimiz çoxdur və bu sahədə, iqtisadiyyat sahəsində üst-üstə düşən bir çox maraqlarımız var", deyə Rusiya prezidenti bildirib.
O, qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı birgə işlərə görə də minnətdarlığını bildirib.
"Bu, bizim bütün ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox parlaq bir hadisə idi, çünki hamımız ortaq vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizədə birgə iştirak etdik", deyə Rusiya lideri qeyd edib.
Putin Cənubi Qafqazdakı vəziyyətin həlli ilə bağlı işlərin ikitərəfli münasibətlərə də fayda gətirəcəyini ümid etdiyini söyləyib.
"Mən bu tənzimlənmənin münasibətlərimizi nəinki iqtisadiyyatda, həm də humanitar sahədə daha da sistematik bir şəkildə qurmağımıza imkan verəcəyindən əminəm", deyə Vladimir Putin əminlik ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB