Qarabağın inkişafı ilə bağlı bəyanat barədə Rusiya mətbuatı nə yazır?

Qarabağın inkişafı ilə bağlı bəyanat barədə Rusiya mətbuatı nə yazır?

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın inkişafı ilə bağlı bəyanat imzalayıblar. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RenTv kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli danışıqların nəticələrindən sonra Dağlıq Qarabağın inkişafı ilə bağlı ortaq bəyanat imzalandığını söyləyıb. Həmçinin nəzərə çatıdırılır ki, Rusiya Federasiyasının lideri əldə olunmuş razılaşmaların həyata keçirilməsinin həm Azərbaycana, həm də Ermənistana xeyir verəcəyinə əminliyini bildirib.
"Rusiya, Azərbaycan və Ermənistan iqtisadiyyat və nəqliyyat infrastrukturu problemlərini həll etmək üçün baş nazir müavinləri səviyyəsində işçi qrupu yaradırlır", deyə Putin qeyd edib.
Xatırladılır ki, Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi 2020-ci ilin sentyabr ayında başlayıb və 9 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan liderləri atəşkəs barədə razılıq imzalayıb və 10 noyabr 2020-ci il tarixindən, Moskva vaxtı ilə 00:00-dan etibarən tamamilə atəşkəsin və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlinib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə