Paşinyan etiraz aksiyası başlamazdan əvvəl İrəvan hava limanına özünü çatdırıb və Ermənistan polisi, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevlə üçtərəfli görüş üçün Moskvaya yola düşən baş nazirin keçidini təmin etmək üçün İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıb. SİA Rusiyaya məxsu TenTV kanalının məlumatına istinadən xəbər verir ki, bu barədə para.tv portalı informasiya yayıb.
İnformasiyada qeyd olunur ki, hava limanından bir qədər aralıda, Paşinyanın keçməsinin qarşısını almağa çalışan onlarla müxalifətçinin etiraz aksiyası keçirilib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarından hava limanına yürüşlərinə icazə vermələrini tələb ediblər. Medianın yazdığına görə, Paşinyan hava limanına etiraz nümayişi başlamazdan təxminən 10 dəqiqə əvvəl çatmağı bacarıb. Hətta baş nazirin maşın karvanının yüksək sürətlə getdiyi bildirilir.
Görünür, erməni baş naziri Nikol Paşinyan, onun Moskva səfərinin qarşısını almaq məqsədi ilə nəzərdə tutulan etiraz aksiyası başlamazdan əvvəl aradan çıxıb və təcili şəkildə aeroporta qaçıb.
Xatırladaq ki, bu gün, 11 yanvar tarixində Moskvada, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB