Moskva erməniləri anti-Paşnyan mitinqi keçirirlər SƏFİRLİKDƏ + FOTOLAR
Moksva və Moskvaətrafı ərazilərdə yaşayan ermənilər diasporun dəstəyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə mitinq keçirməyə başlayıblar. SİA erməni KİV-lərinə istinadən yazır ki, Paşinyanı tənqid edən və ona qarşı qaldırılan şüarlar artıq Rusiyadakı Ermənistan səfirliyi qarşısında səslənilir. Səfirliyin divarında plakatlar asılıb və diplomatik nümayəndəliyin qarşısında kütlənin artdığı müşahidə edilir.
Onlar Paşinyanı təslimçi akta imza atmaqda günahlandırır, habelə müharibə zamanı itkin və əsir düşmüş əsgərlərin axtarışlarında heç bir iş aparmadığını bildirməklə yanaşı, Azərbaycan qarşısında növbəti təslimçi sənədlərə imza atacağını iddia edirlər. Stop Nikol həştəqi ilə mitinqə qatılanlar onun "Hayastan" fonduna köçürülən pulları da mənimsədiyini iddia edirlər. Onlar "Oğru Nikol, hansı Hayastan foonduna köçürülən pullar?" deyə şüarlarında yazıblar.
Xatırladaq ki, Paşinyanın Moskvaya səfəri zamanı Zvartnots aeroportuna gedən yolu bağlamağa çalışan müxalifətçilər onun qarşısını ala bilməyiblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB