Ermənilər meyitlərini yığmaqda davam edirlər Ter.am

Ermənilər meyitlərini yığmaqda davam edirlər Ter.am

“Yanvarın 11-də “artsax” xilasediciləri hərbi əməliyyatlar aparılmış Əskəran, Martuni, Hadrut, Cəbrayıl, Qubadlı yuxarı subrayonlarında axtarış işləri aparıblar”. SİA xəbər verir ki, bu barədə ermənilərin tert.am saytı yazır.

Qeyd olunur ki, bu haqda mövcud olmayan “respublikanın” saxta “fövqəladə hallar xidmətinin” ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Unan Tadevosyan bildirib və əlavə edib ki, mümkün olan gizlənənlərin tapılması üçün axtarış qrupu eyni vaxtda çalışacaq.

“Dünən axtarış qrupu Sünikdən (Zəngəzurdan) Zəngilana daxil olublar və onlara 14 meyit çıxarmaq müyəssər olub. Ümumilikdə axtarış əməliyyatlarında hazırkı günə qədər hərbçilərin və mülki şəxslərin 1211 meyitləri aşkar olunaraq götürülüb”, deyə Tadevosyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə