İrəvanın meri Ayk Marukyan həmişəki kimi məzuliyyətdə, bir sözlə, istirahətdədir. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Hakob Karapetyan Sputnik Ermənistan-a bildirib.
Qeyd olunub ki, sonuncu dəfə mer koronavirusa yoluxma səbəbi ilə 2020-ci il noyabr ayının sonunda tətildə olub.
"Bu, əsasən 2020-ci ilin istifadə edilməmiş günlərindən gələn növbəti tətilidir və 2021-ci ildə alacağı bir illik tətildən bir az çoxdur", deyə Karapetyan bildirib.
Onun sözlərinə görə, Marutyan 22 yanvara qədər tətildə olacaq və İrəvan merinin tətilini dəqiq harada keçirəcəyini də bilmir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB