Ermənistanda etirazlar davam edir

İtkin düşmüş hərbi qulluqçuların qohumları hərbi hissənin qarşısında oturaq aksiya keçiriblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etirazçılar Eçmiadzin hərbi hissəsinin qarşısına toplaşıblar.
Məlumatda qeyd olunur ki, toplaşanlar, itkin düşən hərbi qulluqçuların qohumları oturaq aksiyanı komanda heyəti ilə görüşmək tələbi ilə 8 yanvar tarixində təşkil ediblər.
Jurnalistlərlə söhbətində, itkin düşənlərdən birinin anası Anait Adoyan uzun zamandır övladları barədə məlumat almaq istədiklərini və hələ də buna nail ola bilmədiklərini, eləcə də onlara Ermənistan hakimiyyətinin məhəl qoymadığını, onları hesaba almadığını açıq şəkildə ifadə edib.
"Əsgərlər haqqında 81 gündür heç bir məlumatımız yoxdur, bizə heç bir məlumat vermirlər və məlumatımız olmadığından bir şey öyrənməyə çalışırıq. Niyə bizimlə görüşə heç olmasa bir millət vəkili, yaxud bir məmur belə gəlmədi? Burda olduğumuzu görmürlərmi?", deyə itkin düşən əsgər anası Anait Adoyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə