"Müasir dövrdə informasiya müharibəsi aktual mövzudur. İstər son aylarda, istərsə də ondan əvvəl gedən proseslər onu göstərirdi ki, bizə qarşı informasiya müharibəsi gedir. İxtisasından asılı olmayaraq hamı bu barədə məlumatlı olmalıdır". Bunu SİA-ya Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.
O, hazırda informasiya müharibəsinin əsas problem olduğunu vurğulayıb: "İnformasiya müharibəsinin hədəfi insanlardır. Bu hədəfdən yayınmaq və qüvvələrin məqsədlərinə çatmaması üçün informasiya müharibəsinin necə dağıdıcı olduğu ilə bağlı müəyyən baxışlara malik olmalıyıq. Böyük əksəriyyət sosial mediadan istifadə edir. Biz müxtəlif təsirlərə, baxışlara məruz qalırıq. Hər hansı məsələ ilə bağlı rəqib tərəfin formalaşdırdığı təsəvvürə malik olmamaq üçün məlumatlı olmalıyıq. Hazırda beynəlxalq jurnalistikada bir sıra problemlər var. Bu sahədə bir çox forum, seminarlar təşkil edilir. Üç əsas problemdən biri informasiya müharibəsidir. Digərləri isə qlobal informasiya məkanında monopoliya, jurnalistlərin hüquq və vəzifələrinin məhdudlaşdırılmasıdır. İnformasiya müharibəsi texniki məqamlarla bağlı məsələdir və informasiya müharibəsinin istiqaməti kibertəhlükəsizlikdir. İkinci vacib qolu da məhz media ilə bağlıdır".
V.Zifəroğlu həmçinin praktik bilgilərinə əsaslanaraq informasiya mübadiləsinin aparılmasından da söz açıb: "90-cı illərin ortalarında, 1996-97-ci illərdə müxbir işlədiyimiz zaman xəbərləri fərqli sistemdə ("Norton") yığırdıq. Mavi ekran gəlirdi, seçimi isə rus dili idi. İnformasiya daşıyıcısı kimi disketlərdən istifadə edirdik. Disketin həcmi isə 1 meqabayt olurdu. Bir disket bəs etmirdi, adətən 3-4 disket mənim işimi görürdü. Artıq proqramlar genişlənib, rəqəmsal informasiya mübadiləsi həyata keçirilir. Rəqəmsal informasiyaya keçid isə jurnalistikanın daha da inkişaf etməsinə şərait yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB