Zelenskinin ABŞ-dakı vəziyyətə münasibəti ironiya ilə qarşılandı Solovyov tərəfindən

Zelenskinin ABŞ-dakı vəziyyətə münasibəti ironiya ilə qarşılandı Solovyov tərəfindən

Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna liderinin Vaşinqtonda baş verənləri qətiyyətlə pislədiyini bildirdiyi şərhinə diqqət çəkib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə teleaparıcı öz teleqram kanalında bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Zelenski “Twitter” hesabında rəsmi Kiyevin ABŞ-da baş verən hadisələrə münasibəti barədə yazmışdı.

"ABŞ Konqresinə qarşı görülməmiş təcavüzü şiddətlə qınayırıq. Bu dəhşətli hücumdan bir neçə saat sonra Amerika xalqının iradəsini təsdiqləyən tarixi bir görüş keçirən dünyanın ən qədim və ən böyük demokratik quruluşunun möhkəmliyi bizi təşviq edir", deyə Zelenski bildirmişdi.

“Yəni, Zelenski hələ də Maydanın əleyhinədir?”, deyə Solovyov Telegram kanalında sualla müraciət edir və bir növ Zelenskinin fikirlərini ironiya ilə qarşılayıb.

Xaırladaq ki, çərşənbə günü, Donald Trampa dəstək göstərmək məqsəsi ilə nümayiş keçirmək üçün Vaşinqtonda toplaşan Tramp tərəfdarları, son seçkilərin nəticələrini təsdiqləməsi lazım olan iclası dayandıraraq Konqres binasına basqın ediblər. Qanun icraçıları tərəfindən gözyaşardıcı qaz və səs bombasından istifadə olunub.

Vaşinqton polisinin verdiyi məlumata görə, nümayişlərdə dörd nəfər ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə