ABŞ artıq "demokratiyanın parlaq mayakı" kimi təqdim edilə bilməz Kim Darrok

ABŞ artıq "demokratiyanın parlaq mayakı" kimi təqdim edilə bilməz Kim Darrok

İngiltərənin ABŞ-dakı keçmiş səfiri Kim Darrok, Kapitoliyadakı hadisələrdən sonra Amerikanın artıq "demokratiyanın parlaq mayakı" kimi təqdim edilə və sayıla bilməyəcəyini söyləyib. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, 2016-2019-cu illərdə ABŞ-da səfir olmuş Kim Darrok bu barədə “Sky News”-a verdiyi açıqlamada bəyan edib.

"Bu zərər-ziyan yerinə qaytarıla bilər, amma çox vaxt aparacaq. Ancaq digər ölkələr, yəqin ki, artıq ABŞ-ı “demokratiyanın parlaq mayakı” kimi görməyəcək və hesab etməyəcək", deyə İngilis diplomat bildirib.

O, əlavə edib ki, tərəfdarlarını Capitolini mühasirəyə almağa çağıran Donald Trump idi və bu vəziyyətdə qarışıqlıq qaçılmaz idi. "Nə olacağına ümid edirdi?", deyə keçmiş səfir sual edib.

Xaırladaq ki, çərşənbə günü, Donald Trampa dəstək göstərmək məqsəsi ilə nümayiş keçirmək üçün Vaşinqtonda toplaşan Tramp tərəfdarları, son seçkilərin nəticələrini təsdiqləməsi lazım olan iclası dayandıraraq Konqres binasına basqın ediblər. Qanun icraçıları tərəfindən gözyaşardıcı qaz və səs bombasından istifadə olunub. Vaşinqton polisinin verdiyi məlumata görə, nümayişlərdə dörd nəfər ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə