Hollandiyanın baş naziri Mark Rutte, Donald Trampı Co Baydeni ABŞ-ın yeni prezidenti kimi tanımağa çağırıb. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu çağırışı Rutte özünün Twitter hesabında edib.
"Vaşinqtondan olan görüntülər dəhşətlidir. Hörmətli Donald Tramp, Co Baydeni bu gün yeni prezident kimi tanıyın", deyə Rutte ABŞ-ın keçmiş prezidentinə çağırış edib.
Xatırladaq ki, çərşənbə günü, Donald Trampın tərəfdarları, son seçkilərin nəticələrinin təsdiqlənməsi lazım olan iclası dayandıraraq, ona dəstək məqsədi ilə nümayiş keçirmək üçün Vaşinqtonda toplaşaraq Konqres binasına basqın ediblər. Qanun icraçıları tərəfindən bu basqın zamanı gözyaşardıcı qaz və səs bombası istifadə olunub. Vaşinqton polisinin verdiyi məlumata görə, nümayişlərdə dörd nəfər ölüb.
Qeyd edək ki, Demokrat Co Bayden son səsvermənin nəticələrinə əsasən seçilmiş prezident sayılır, lakin Tramp məğlubiyyətini etiraf etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB