Ömer Çelik: "Şiddət əsla ədalət axtarmaq yolu deyil" ABŞ hadisələri
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat xidmətinin rəhbəri Ömer Çelik ABŞ-da baş verən hadisələrlə bağlı sosial şəbəkə vasitəsi ilə bəyanat yayıb. SİA CNN Türk-ə istinadən xəbər verir ki, təmsil olunduğu siyasi təşkilat adından çıxış edən Çelik bildirib ki, ABŞ-da yaşanan hadisələrdə seçki nəticələrini tanımayıb, şiddətə yol verən etirazlar yanlışlıq və hüquqsuzluqdur. Onun sözlərinə görə, demokratik dəyərlərə qarşı çıxmaq qəbuledilən hal hesab edilə bilməz.
“Hər kəsi demokratik dəyərlərə sayğılı olmağa dəvət edirik”, deyən hakim partiyanın rəsmisi sosial şəbəkələr üzərindən yaydığı paylaşımında ABŞ-ın paytaxtı Vaşinqtondakı Konqres binasının prezident Donald Trampın dəstəkçiləri tərəfindən hücuma məruz qalmasını araşdıran şərh verib. Dünyanın hər yerində olduğu kimi, ABŞ-da da demokratik dəyərlərin üstünlüyünün və hüququn qorunduğunu deyən Çelik əlavə edib ki, hər kəs seçki nəticələrini qəbul etməlidir: “Demokratik proseslərə və qurumlara qarşı çıxmaq topluma və dünyaya verilə biləcək ən böyük zərərdir. Şiddətə yol vermək heç bir şəkildə qəbul edilə bilinməz. Hər kəs xalq iradəsinin üstünlüyünə və hüquqa riayət etməlidir. ABŞ-da yaşanan olaylarda seçim nəticələrini tanımatyıb şiddətə yol verən etirazşçılar yanlış və hüquqaziddirlər. Demokratik dəyərlərin üzərinə getmək çıxış yolu deyil. Şiddət əsla ədalət axtarmaq fəaliyyəti deyil. Hər kəsi demokratik dəyərlərə sayğılı olmağa dəvət edirik”, Türkiyənin hakim partiyasının mətbuat xidmətinin rəhbəri Ömer Çelik bəyanatında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB