“Bu, əlavə gəlir deməkdir...” ÖZƏL-ŞƏRH

“Bu, əlavə gəlir deməkdir...” ÖZƏL-ŞƏRH

“Tarif Şurası tərəfindən istər benzin, istərsə də dizel yanacağının qiymətinin artırılması ilə bağlı qərarı və nəyə görə bunlar baş verdi? Hər ikisi ayrı-ayrılıqda izah edilir. Biri, yəni dizel ekoloji səbəblərlə əlaqədar göstərilir, benzinlə əlaqədar isə onun keyfiyyət parametrləri, o cümlədən də AVRO 5 standartına çatdırmaq üçün Heydər Əliyev adına Neftayırma zavodunda aparılan modernizasiya işləri qeyd edilir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, bunun istehlakçılar arasında və sosial şəbəkələrdə müzakirəsi, eyni zamanda insanların maariflənməsi məsələsinə gələndə isə, əlbəttə, istənilən artıma mənim müşahidələrimə görə artıq tamam başqa şəkildə yanaşılır.
“İnsanların belə artımları müzakirə etməsinə, öz fikirlərini ifadə etməsinə normal baxmaq lazımdır. Reallıq nədən ibarətdir? Reallıq odur ki, bu bazarın ölkədə daxilində 2 milyardlıq dövriyyəsi var və bu artım nəticəsində ortalama olaraq 300-400 milyon manat gəlir artacaq. Bu nə deməkdir? Bu, dövlət, hökumət üçün əlavə gəlir deməkdir. Bəs əlavə gəlir nəyə lazımdır? Biz 2021-ci ilə baxmalıyıq ki, bu ildə bizim qarşımızda hansı vəzifələr durur? Dağlıq Qarabağla bağlı ürəyimizdə olan o arzunu gerçəkləşdirdik 2020-ci ildə, ancaq orada qurub-yaratmaq lazımdır. Bundan əlavə biz öz ölkəmizin ətraf ölkələrdən seçilməsi üçün çoxlu kapital xərci etməliyik. Yəni, bütün bunlar üçün də pul, vəsait lazımdır və o vəsaitdə hər bir vətəndaş iştirak etməlidir. Bax bu onun bir hissəsidir”, deyə İlham Şaban bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə