ArmVoice: “Hakimiyyət KİV-lərə qarşı terror həyata keçirir” TƏZYİQ
Ermənistan KİV-ləri ölkə rəhbərliyinin kapitulyasiya aktına imza atmasını, eləcə də çox sayda əsirlərin götürülməsi, həmçinin müharibədə ölənlərin sayının gizlədilməsi faktlarını ifşa etdikləri üçün hakimiyyət tərəfindən terrora məruz qaldıqlarını bildirirlər. Maraqlıdır ki, bu məsələdə nəinki Nikol Paşinyan və onun komandası, eləcə də arvadı Anna Akopyanın da canfəşanlıq etdiyi qeyd olunmaqdadır.
Digər tərəfdən, ermənilərin telegram kanallarının əksəriyyəti bu faktı işıqlandırır, eləcə də digər faktları ictimailəşdirirlər, bildirirlər ki, artıq bir sıra iqtidarı tənqid edən KİV-lər üzərindən çarpaz xətlər çəklib. SİA xəbər verir ki, ermənilərin ArmVoice telegram kanalının yazdığına görə, artıq hakimiyyət açıq şəkildə ona rahatsızlıqlar yaradan KİV-lərə müharibə elan edib.
“Paşinyanın yeni il müraciətini yayımlamaqdan imtina edənlərə daha güclü təzyiqlər olacaq”
SİTAT: “Onlar təbliğat maşınına yaxın olan öz adamları üzərindən və sosial şəbəkələrdəki müxtəlif qruplar vasitəsi ilə həmin KİV-lərin adlarını dərc edir və istifadəçiləri onları təhqir etməyə səsləyirlər. Ən “istedadlı” və sadiqlər isə açıq şəkildə bəzi televiziya kanallarını lisenziyalardan məhrum etməklə hədələyirlər. Xüsusilə, Paşinyanın yeni il müraciətini yayımlamaqdan imtina edənlərə daha güclü təzyiqlər olacaq”.
Adıçəkilən telegram kanal yazır ki, bir müddət əvvəl Ermənistanın ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan onun erməni kilsəsi və katolokosuna qarşı keçirilən aksiyalarla bağlılığının olması barədə yazan bütün KİV-ləri məhkəməyə verəcəyi ilə hədələyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB