ABŞ Ermənistana yeni səfir göndərir

ABŞ Ermənistana yeni səfir göndərir

Prezident Barak Obama ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürüb. SİA-nın "Armenia today" xəbər portalına istinadən verdiyi məlumata görə, dövlət başçısı bu vəzifəyə Con Heffernin (John A. Heffern) təyin olunmasını məsləhət görüb.

C. Heffern hazırda ABŞ-ın NATO-dakı diplomatik missiyasının rəhbərinin müavini vəzifəsində çalışır. Bundan əvvəl o, ABŞ-ın İndoneziya, Malayziya, Yaponiya və Çindəki səfirliklərində işləyib.

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı hazırkı səfiri Mari Yovanoviçin səlahiyyət müddəti iyun ayında başa çatır. Onun ABŞ dövlət katibinin Şimali və Mərkəzi Avropa üzrə müavininin köməkçisi təyin olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə