Mən sadəcə olaraq anladım ki, bu cür insanlarla gələcək işim bir araya sığan və alınan deyil. SİA Ermənistana məxsus news.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu yanvarın 4-də jurnalistlərlə görüşündə 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra istefa verən Ermənistan İstintaq Komitəsinin Baş Nəzarət İdarəsinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Tatul Petrosyan söyləyib.
"Eyni Paşinyanın təyin etdiyi kadr siyasəti səbəbindən öz işimdən uzaqlaşdım. İstintaq aparatında təxminən 30 il çalışmışam və deməliyəm ki, İstintaq Komitəsinin yaranması dövründə kifayət qədər ciddi işlər aparılmışdı, amma Ayk Qriqoryan kimi məlumatsız, işinin öhdəsindən gələ bilməyən bir şəxs rəhbər oldu. Ancaq Arqişti Kyaramyan İstintaq Komitəsi rəhbərinin müavini vəzifəsinə təyin olunanda daha da böyük bir ağrı yaşadım", deyə İstintaq Komitəsinin Baş Nəzarət İdarəsinin keçmiş rəhbəri fikirlərini bölüşüb.
Petrosyan onun Dağlıq Qarabağdakı missiyasına da diqqəti cəlb edib.
"Nə məsələ idi, onun Qarabağdakı missiyası nə idi? Casusluq fəaliyyətinin yeridilməsinə dair şayiələr mücərrəddir, hələlik heç bir dəlil yoxdur, amma çox güman ki, tapılacaq. Mətbuat hər zaman Şuşada olduğunu, Arayik Arutyunyanın yanında olduğunu və sonradan birdən inkasator maşını ilə Ermənistana qayıtdığını yazır. Bəs inkasator maşınları Qarabağda nə edirdi və niyə Karamianın rəhbərliyi ilə Ermənistana gəlmişdilər? Onlar oradan nə çıxarırdılar?", deyə Tatul Petrosyan sual edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB