Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri zamanı daha 7 erməni hərbçinin cəsədi tapılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Dövlət Təcili Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hunan Tadevosyan “Sputnik Ermənistan”a məlumat verib.
Məlumatda həmçinin bildirilir ki, axtarışla əlaqədar bir dəstə Füzuli yaxınlığında, daha iki dəstə isə Hadrut ətrafında işləyir. Qeyd olunur ki, Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri zamanı daha 7 erməni hərbçinin cəsədi tapılıb.
Xatırladaq ki, ümumilikdə, axtarış zamanı 1145 erməni hərbçisinin cəsədi tapılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB