Vətənsizlərin vətən itgisi qorxusu olmaz TƏHLİL

Vətənsizlərin vətən itgisi qorxusu olmaz TƏHLİL

Nikol Paşinyanın bazar günü verdiyi müsahibəsi də sözün həqiqi mənasında tam yalan üzərində qurulmuşdu və ifadələri də uydurma idi. Onun ziddiyyətli, bəzən absurd, məntiqsiz açıqlamaları Ermənistanda hələ də gözlənilən təhlükəli hadisələrə dair yeni şübhələr və tərəddüdlər yaradır. Əbəs yerə deyil ki, erməni cəmiyyəti, Paşinyanın son müsahibəsini onun xəyanət etirafı adlandırır.

Əslində, Nikol Paşinyanın cahil bir rəhbər olduğu dəfələrlə öz təsdiqini tapıb və bunun ermənilər özləri də mütəmadi olaraq şahidi olublar. Paşinyan İctimai Televiziyaya verdiyi son müsahibəsində bunu bir daha təsdiqlədi. Onun, Ermənistanın Sovet Ermənistanının bir hissəsi olaraq müstəqillik qazandığını deməsi, sərhədlərini də bu şəkildə təyin edəcəyini söyləməsi isə erməni cəmiyyətini lap hiddətləndirib.

Heç şübhəsiz ki, əslində erməni cəmiyyəti dediyimiz, zəhərlənmiş, beyinləri uyğunsuz, yanlış məlumatlarla, cəfəngiyyatda doldurulmuş, xəstələndirilmiş xaotik kütlədir. Bunlar hələ də öz dənizdən dənizə uydurmalarına inanırlar, yaxud inanmağa həvəslidirlər. Amma nə yazıq ki, bunların iki dəniz bir tərəfə, ikicə dənə dağ çayı arasında bir məskunlaşma əraziləri tarixən olmayıb və bu gün hər iddia səsləndirdiklərində özlərini, öz zəhərlənmiş əqidələrini ifşa edirlər. Bir sözlə, xain, erməniləri qırğına, məhvə aparan, ölkəsini dağıdan, mövcudluğunu sual altında qoyan təkcə Paşinyan deyil, ermənilərə qənim kəsilən, onları bu acınacaqlı hala salan onların xam xəyalları, uydurmaları, yalanları, axmaq və əsassız iddialarıdır ki, bu da onları işğalçılıq siyasətinə vadar edir və nəticədə bu onların öz başlarında çatlayır.

Təsadüfi deyil ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz xalqının belə ölüm-qalım vəziyyətinə tarix boyu dəfələrlə düşdüyünü etiraf edib. Etiraf edib ki, ermənilər tarix boyu bu şəkildə mövcudluğu sual altında olan ölüm-qalım astanasında tez-tez olub. O, qeyd edib ki, erməni xalqının tarixində bu hazırki vəziyyətə bənzər çox belə faciəli səhifələr var. Boynuna alıb ki, bir xalq, ən azından toplum olaraq çox bəlalar yaşayıblar. Bu isə əslində o deməkdir ki, axmaq ideyalarına, uydurma təxəyyüllərinə, işğalçı siyasət və arzularına görə ermənilərin dəfələrlə yer üzündən silinmə təhlükəsi olub. Tarixi faktları əlbəttə ki, təkzib etmək mümkünsüzdür. Hərçənd, erməni tarixçiləri adı özünü, mənsubiyyətini təsdiq edən bir sıra ərazilərimizi, milli mətbəximizi, musiqimizi, sənətkarlıq sahələrimizi mənimsəmək üçün ağıllarına gələn absurd fikirləri dövriyyəyə buraxıblar. Amma bunlara, bu yalanlara yalnız özləri, buna inanmaq həvəsində və marağında olanlar inanıblar, digərləri yox. BMT kimi bir beynəlxalq qurumun məhz bizə məxsus olanları bizimki kimi də qeyd etməsi heç də təsadüfi deyil və sadalananların təsdiqidir.

Beyinləri doldurulmuş ermənilər hələ də itirilmiş bəzi ərazilər deyə Dağlıq Qarabağın hansısa ərazilərinin onlara qənimət qalacağına ümid edirlərsə, bu da həmin xəstəliyin təzahürüdür. Əqli, ruhi xəstəlik simptomları olmayan hansı bir insanın ağlına gələ bilər ki, siyasi iradəyə malik, səriştəli, güclü Ali Baş Komandanı, müzəffər ordusu, hərbi potensialı, zəngin silah arsenalı, iqtisadi qüdrəti olan bir dövlət, ölkə, özü də 44 günlük döyüşlər zamanı mütləq qələbələrə imza atan tərəf qəflətən müharibəni dayandırıb hansısa əraziləri erməni deyilən gəlmə dığalara güzəştə gedər? Bu qədər absurd düşünmək üçün ya həqiqətən ruhi xəstə olmaq lazım gəlir, ya da məhz erməni kimi beyinləri zəhərlənmiş, xəstələndirilmiş olmaq tələb olunur.

İşğalçı ölkədə acınacaqlı vəziyyət hökm sürür. Xaos hər tərəfi bürüyüb. Heç bir strukturda normal idarəetmə yoxdur. Bütün bunlarla yanaşı paytaxtının küçələrində insanlar etiraz aksiyaları keçirməkdə davam edirlər və məğlubiyyətləri ilə barışmaq istəməyən kütlə qəfil yuxudan ayılmış kimi görünür. Ermənistan sözün əsl mənasında vətəndaş müharibəsini xatırladır və özləri etiraf edirlər ki, ölkələri vətəndaş müharibəsi astanasındadır. Bu ölkə dağılır desək, yanılmarıq. Məhz elə eks-prezidentin də, “ermənilər dəfələrlə belə ölüm-qalım astanasında olublar” deməsi bu ölkənin hal-hazırda da mövcudluğunun sual altında olmasını, dağılma, parçalanma astanasında olmasını, bunun ermənilərin özlərinin də etiraf etməsini təsdiq edir.

Özgə torpaqlarını işğal etmələri, özününkü adlandırmaq cəhdləri, mənimsəmək iddiaları bir tərəfə indi bu erməni cəmiyyəti deyilən xəstə təxəyyüllər məkanında daha başqa bir təzahür müşahidə olunur ki, bu da diqqətdən yayınan deyil. Məsələ burasındadır ki, ikicə il bundan əvvəl özlərinin böyük qardaşlarına, rus xalqına təpik, şıllaq atanlar yenə də çətin durumda Rusiyanın, onun prezidentinin, hətta siyasi və ictimai xadimlərin də ayaqlarına düşüblər. Xatırlayırıqsa, müharibənin gedişində mütləq məğlubiyyətlərini görən "hay"lar dezinformasiya buraxmağa başladılar ki, guya Rusiya ilə danışıqlar aparıblar və Dağlıq Qarabağı Rusiyaya birləşdirmək kimi bir razılıq əldə ediblər. Yəni, özünün olmayanı başqaları ilə necə mübadilə edəcəyi barədə iddia qaldıracaq, hətta fikir belə formalaşdıracaq qədər hayasızdırlarmış bu arsız, abırsız "hay" tayfası.
İndi sosial şəbəkələrin erməni seqmentində, yaxud müzakirələri zamanı Rusiya Sülhməramlılarının ərazidə olması faktına istinad edərək "hay"lar həyasızcasına bildirirlər ki, Dağlıq Qarabağ indən belə Rusiyanındır.

Maraqlıdır, bu vaxta qədər guya öz vətənləri hesab etdikləri torpaqların nə yaman asanlıqla hansısa qonşu dövlətə keçdiyini qəbul edirlər bunlar? Vətəndaş da öz torpağının təki Azərbaycana deyil, kimə olur-olsun keçməsini arzu, yaxud qəbul edə bilərmi? Məgər, ötən əsrin 90-cı illərində erməni terrorçuları, işğalçıları və quldurları Azərbaycan ərazilərini, məhz Dağlıq Qarabağı işğal edəndə, zəbt edəndə azərbaycanlılar bu ərazilərin təki ermənilərə qalmasın deyə Rusiyaya birləşdirilməsini ağıllarının ucundan belə keçirdilərmi? Əlbəttə ki, yox, keçirmədilər. Çünki, vətəndən, torpaqdan pay olmaz. Həm də ona görə ki, pay olması mümkün olmayan bu torpaqlar, bu vətən məhz azərbaycanlılara məxsus idi deyə, belə bir fikir qəti şəkildə yaranmadı da. İndi zəbt etdikləri torpaqları yandıraraq tərk edən ermənilərin belə mübadilə iddiaları da öz növbəsində təsdiq edir ki, alt şüurlarının, təbii ki, əgər az da olsa varsa, dərinliklərində bu torpaqların onlara məxsus olmadığı yaxşı dərk edirlər. Amma, nə olsun? Bunu bilə-bilə, dərk edərək yenə də iddialarından əl çəkməyənlər yalan-doğru hələlik mövcud olan bir dövləti, ölkəni yox olmaq həddinə çatdırıblar.

Nikol Paşinyan hər dəfə xüsusi zombilər kimi, vəziyyətə görə cavabdeh olduğunu, ancaq təkcə öxünün günahkar olmadığını təkrarlayır. Bu biçarəni bütün erməni cəmiyyəti atəşə tutub və sanki “günah keçisi” axtarırmış kimi onun boynuna ip salmağa çalışır. Amma, gəlin görək təkcə Paşinyan günahkardırmı olanlardan? Bu vəziyyətə görə Sarjisyanmı günahkar deyil, Koçaryanınmı təqsiri yoxdur, ya bu vəziyyətdə Ter-Petrosyanın payı görünmür? Yaxud erməni keşişlərinin, onların xarici ölkələrdəki hər bir məsələyə barmaq uzadan oyunbaz ideoloqlarının günahı bəlkə yoxdur? Günahkarın yekəsi, gölməçədən gölməçəyə qədər yeri-yurdu olmayan erməniləri bu, dənizdən dənizə xülyası ilə zəhərləyənlərdir. Sadəcə, “Şuşa, Dağlıq Qarabağ ermənilərə lazım idimi, lazım idisə, bu vəziyyətə niyə həmin əraziləri salmışdılar”, deyən Nikol Paşinyan bu həqiqətləri dilə gətirməyə cəsarət eləmir. Çünki, mənsub olduğu xalqın vəhşiliyinə, xəstə təxəyyülə görə vandallıq “məharətinə” bələddir və canının qorxusundan dilini dinc saxlamağı məqbul hesab edir. Amma, nə zamansa bu axmaq hesab olunan küçə nümayişçisinin də meydanı tərk etdiyi zaman məlum gerçəklikləri dilə gətirəcəyi gözləniləndir. Təbii ki, erməni vandalları onu sağ buraxası olsalar.

İstənilən halda, Ermənistanın xilası doğru yolu qəbul etmək, həqiqətləri, reallıqları etiraf etməkdən keçir. Öz ambisiyalarını, çirkin niyyətlərini, işğalçılıq siyasətini kənara qoymadan nəinki Ermənistan dövlətinin, bütövlükdə bu erməni toplumunun xilası yoxdur və Koçaryanın da dediyi kimi, tarix boyu dəfələrlə belə astanalara düşən bu xalq adlandırılan toplum bu dəfə mövcudluğunu qoruya bilməyəcək. Məsəl var, deyirlər, islanmışın yağışdan qorxusu olmaz. İndi məskunlaşdıqları, paytaxtı İrəvan olan ərazilərin də onlara aid olmadığını, bu ərazilərin də Azərbaycan torpaqları olduğunu nəzərə alsaq, məsələ bəlli olur. Bəlli olur ki, zərb məsəldə deyildiyi kimi, vətənsizlərin vətən itgisi deyilən qorxusu olmazmış.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə