Mixail Xodaryonok: “Prezident İlham Əliyev siyasi və strateji vəzifələri həll edən aləti yarada bildi” FAKT
“Ermənistan mümkündür ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını və Ali Baş Komandanlıq tərəfindən qarşıya qoyulmuş məsələləri həll etmək bacarığını qiymətləndirə bilməyib”. SİA xəbər verir ki, bunu “Vestnik Kavkaza”nın “Sosedi” (Qonşular) analitik informasiya proqramında Rusiya jurnalisti və hərbi şərhçisi Mixail Xodaryonok şərh edib. Onun sözlərinə görə, buna qədər bir çoxları birinci Qarabağ müharibəsindən analoji nəticə çıxarırdılar.
Rusiyalı ekspert: “Budur, münaqişə kifayət qədər qısa müddət ərzində başa çatdırıldı”
Xodaryonok əvvəlcə onda da bəzi şübhələrin olduğunu etiraf edib və bildirib ki, Prezident tərəfindən Azərbaycan Ordusunun qarşısına qoyulmuş məqsədlərin həyata keçirilməsinə, silahlı mübarizədə üstünlük əldə etməsinə, hərbi hazırlıq və bacarıq məsələlərinə inamsız yanaşıb. Lakin Azərbacaycanın Silahlı Qüvvələri bu mərhələdə göstərdilər ki, qarşıya qoyulmuş məqsəd və vəzifələrin öhdəsindən gəlməyi bacarırlar.
“Və budur, münaqişə kifayət qədər qısa müddət ərzində başa çatdırıldı”, deyə rus hərbi şərhçisi və jurnalisti bildirib.
Rusiyalı ekspert “Prezident İlham Əliyev siyasi və strateji vəzifələri həll edən aləti yarada bildi”, deyə vurğulayaraq onu da bildirib ki, Azərbaycan həm də texniki cəhətdən təminatını yerinə yetirdi, hərbi hazırlığını və bacarığını lazım olan səviyyəyə çatdırdı, nəticədə müharibədə qalibiyyəti əldə etdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB