Deputatlar hakim partiyanı və Paşinyanı tərk edirlər

Deputatlar hakim partiyanı və Paşinyanı tərk edirlər

Millət vəkili Anna Qriqoryan “Mənim addımım” partiyasını tərk edib, ancaq hələ mandatını təhvil verməyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, o bu barədə özünün Facebook səhifəsində yazıb.

“Əziz həmvətənlər! Mənə verdiyiniz mandatı qorumaq üçün qərar verdim, amma “Mənim addımım” partiyasından ayrıldım. Ölkəmiz üçün bu çətin və tarixi məqamda, heç bir siyasi qüvvə tərəfindən məhdudlaşdırılmadan xalqın haqlı tələblərini səsləndirməyi özümə borc bilirəm. Ermənistan adına müstəqil, partiyasız bir millət vəkili kimi mandatımı qoruyacağam”, deyə erməni millət vəkili öz şəxsi hesabında qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə