Qondarma rejim liderlərinin səhifələri bağlanır Rusiya mətbuatı yazır
Tanınmamış, qondarma Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurası, liderlərinin Facebook səhifələrinə sahib olmasını qadağan etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu barədə qondarma rejimin Təhlükəsizlik Şurası rəhbəri İctimai Televiziyaya verdiyi müsahibədə bəyan edib.
"Təhlükəsizlik Şurası iclasının gündəliyindəki ilk məsələlərdən biri də "Facebook" platforması olacaq. Əminəm ki, başda qondarma respublikanın prezidenti olmaqla, liderlərin də Facebook səhifəsinin olmasını qadağan edən bir qərar veriləcək", deyə Balasanyan öz müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər bir strukturun məlumat vermək üçün öz mətbuat xidməti yetərlidir.
RİA Novosti yazır ki, bundan əlavə, vəzifəli şəxslərə iş vaxtı sosial şəbəkələrdən istifadənin işdən çıxarılma ilə nəticələnəcəyi barədə xəbərdarlıq da edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB