Maksim Şevçenko: “Ermənilər müharibəyə hazırlaşır, sülhməramlılar problem yaradır” - VİDEO
Rusiya Dövlət Dumasının keçmiş deputatı, nüfuzlu rus politoloq və ictimai xadim Maksim Şevçenko Qarabağda ermənilər tərəfindən törədilən təxribatları və Rusiya sülhməramlılarının sayının 10 minə çatdırılması haqda təklifləri sərt tənqid edib. Şevçenko Qarabağda hər hansı sülhməramlı misisyanın lazım olmadığını, orada təhlükəsizlik tədbirlərini Azərbaycan hüquq-mühafizə orqanlarının görməli olduğunu və Bakının yerli ermənilərin Azərbaycan vətəndaşı kimi dinc yaşamalarını təmin edəcəyini bildirib. O hesab edir ki, bölgədə Rusiya sülhməramlılarının hərəkətləri problem yaradır. Bundan əlavə Şevçenko bildirib ki, Rusiya Prezidentinin bölgənin Azərbaycanın suveren ərazisi olduğunu bəyan etməsinə baxmayaraq, Rusiyanın bəzi media orqanları, o cümlədən Prezident Administrasiyasının sərəncamında olan RBK bu bölgəni qanunsuz olaraq “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edir, Xankəndi şəhərinin adını Stepanakert kimi qələmə verir.
Politoloq xəbərdarlıq edib ki, ermənilər bəzi qüvvələrin təhriki ilə müharibənin yeni fazasına başlamağa hazırlaşır. O, sülhməramlıların sülh yaratmaq əvəzinə problem yaratdığını vurğulayıb. Şevçenko bəzi digər məsələlərə də toxunub. Videoda tanış ola bilərsiniz.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB