"2020-ci il çox uzun müddət yaddaşlarda qalacaq" ÖZƏL-MÜNASİBƏT

"2020-ci il çox uzun müddət yaddaşlarda qalacaq" ÖZƏL-MÜNASİBƏT

“2020-ci il 8 noyabr zəfəri sayəsində heç vaxt unudulmayacaq ilə çevrildi”. Bunu SİA-ya millət vəkili Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, 2020-ci il çox uzun müddət yaddaşlarda qalacaq: “İl çox təhlükəli başladı, virus yayıldı, karantin, iqtisadi çətinliklər, işsizlik, sosial problemlər, dünya qapandı, problemlər hər yerdə artdı. Amma 27 sentyabrda başlayan əks-hücüm və işğalçıların qovulması əməliyyatı bizim üçün 2020-ci ilin özüylə gətirdiyi bütün problemləri unutdurdu. Ölkə Qələbəyə kökləndi, misli görünməmiş birlik yarandı, Əsgərimiz və Ordumuz ümid və nicat yerimizə çevrildi, qürurlandıq, sevindik, bir yumruq olmaq üçün böyük məsafə qət etdik. 30 illik tarixi olan vətən həsrətinə son qoyuldu. Biz illərdən bəri gözlədiyimiz vətənimizə qayıtdıq, tarixin gedişatını 2020-ci ildə dəyişdik. Məncə bu ili vətəndaşlarımız da heç vaxt unutmayacaq. Bu il ədalət bərpa olundu. Artıq 2020–ci il hər bir Azərbaycan vətəndaşının yaddaşında qələbə ili kimi həkk olunacaq. Çünki hər birimizin Qarabağ arzusu reallaşdı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə