Deputatların ünvanına rüsvayçı ifadələr erməni etirazçılarından

Deputatların ünvanına rüsvayçı ifadələr erməni etirazçılarından

Ermənistan parlamentinin binası yaxınlığında keçirilən etiraz mitinqi zamanı millət vəkillərinə rüsvayçı ifadələr səsləndirilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Parlamentinin deputatlarını təhqir ediblər və yeni hökumət başçısının seçilməsini tələb ediblər.

Məlumatda qeyd olunur ki, Dəmirçyan küçəsindəki aksiyanın iştirakçıları binaya daxil olan deputatlara səslənərək onların ünvanına təhqiramiz ifadələr işlətməklə yanaşı, "Nikolun olmadığı Ermənistan" tələbi ilə çıxış ediblər. Qeyd olunur ki, iştirakçılar arasında xüsusilə, Ermənistan Respublika Partiyasının nümayəndələri də var. Partiyanın gənclər qanadının sədri Ayk Mamidjanyan jurnalistlərə bildirib ki, erkən seçkilər indi gündəmdir. “Paşinyan getməli və bu posta peşəkarlar gəlməlidir”, Mamidjanyan belə deyib.

Bir qədər əvvəl Ermənistan parlamentinin girişində vətəndaşlar hakim "Mənim addımım" blokundan olan bir deputatın Andranik Koçaryanın avtomobilini yumurta atəşinə tutaraq onu da xain adlandırıblar. Andranik Koçaryan isə əsəbini cilovlaya bilməyərək, onlardan birinə “xain sənin anandır”, deyərək etirazçıları təhqir etməyə başlayıb.

Qeyd olunur ki, bu gün Ermənistan parlamenti növbədənkənar iclas keçirəcək. Həmçinin o da diqqətə çatdırılır ki, 25 dekabrda Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələr aparacağını elan edib.

Xatırladaq ki, müxalifət qüvvələri və onların tərəfdarları Qarabağla bağlı üçtərəfli bir bəyanat imzaladıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın milli maraqlarına xəyanət etməkdə günahlandıraraq istefasını tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə