Deputat Koçaryandan vətəndaşa: “Satqın sənin anandır, küçük!” İNSİDENT

Deputat Koçaryandan vətəndaşa: “Satqın sənin anandır, küçük!” İNSİDENT

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirən ermənilər hakim “Mənim addımım” blokunun deputatı Andranik Koçaryanı binaya daxil olarkən təhqir ediblər. Onlar deputatın avtomobilini yumurta atəşinə tutublar və hakim blokun deputatlarını hədəfə alaraq onları “satqın” şüarları ilə qarşılayırlar.

SİA erməni KİV-nə istinadən xəbər verir ki, məhz Andranik Koçaryanın binaya daxil olduğu zaman insident yaşanıb və deputat ona “satqın” deyən bir vətəndaşa ağır təhqirlə cavab ünvanlayıb. “Satqın sənin anandır, küçük!” deyə o söyüş söyüb. Lakin buna baxmayaraq, etirazçılar şüarlarını davam etdiriblər.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası keçirilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə