Daşnaksakan hesab edir ki, baş nazir "başqa bir boşluq" tapıb və indi də "vətəndaşların arxasında gizlənməyə" çalışır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi, “Vətənin Qurtuluşu Hərəkatı”nın üzvü İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın erkən seçkilərin təşkili üçün siyasi məsləhətləşmələr aparmaq təklifini qəbuledilməz hesab edir.
Məlumatda qeyd olunur ki, Saqatelyan özünün Facebook səhifəsində müxalifət mitinqlərindən birindəki çıxışının videosunu yayımlayıb, burada hakimiyyətin belə bir təşəbbüslə çıxış edə biləcəyini və baş nazirin mövcud bütün inzibati resurslardan istifadə edərək erkən seçkiləri təşkil etməyə çalışacağını söyləyıb.
“Bu seçim qəbuledilməzdir. Bir yol var, xainləri hakimiyyətdən uzaqlaşdırmaq. Bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı veriləcək”, deyə Saqatelyan öz social şəbəkə hesabında yazıb.
Sagatelyan əlavə edib ki, baş nazirin istefası qaçılmazdır.
Qeyd edək ki, 5 dekabr tarixində Ermənistan baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələr aparacağını elan edib.
Xatırladaq ki, müxalifət qüvvələri və tərəfdarları Qarabağla bağlı üçtərəfli bir bəyanat imzaladıqdan sonra onu Ermənistanın baş naziri Nikol Paşinyanın milli maraqlarına xəyanət etməkdə günahlandıraraq istefasını tələb edirlər. Müxalifət liderləri və fəalları vaxtaşırı hüquq-mühafizə orqanlarına çağırılır, hətta, saxlanılanlar, tutulanlar, həbs olunanlar da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB