“Nikol qanlı bazarlıq istəyir" Mikael Minasyan

“Nikol qanlı bazarlıq istəyir" Mikael Minasyan

“Nikol Paşinyan indi nə istəyir axı? Bu adam indi də qanlı siyasi bazarlıq niyyətindədirmi?” SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Müqəddəs Taxtdakı keçmiş səfiri, tarix üzrə fəlsəfə doktoru Mikael Minasyan öz Facebook səhifəsində yazıb.
“Nikol torpaqdan əl çəkməyənləri öldürdü. İndi nə istəyir? Bəli, qanlı siyasi bazarlıq istəyir. Paşinyan erkən seçkilər niyyətindədir. Onunla danışıqlar aparmaq olarmı? Cavab xeyr. Əgər 5 000 insanın qanını özünüzün və övladlarınızın üzərinə götürüb milli xainin biabırçı damğasını əbədi olaraq bölüşmək istəmirsinizsə, xeyr”, deyə Mikael Minasyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə