"Tofiq Yaqbulunun mövqeyi çox ədalətsiz mövqedir. İlham Əliyev rəsmi olaraq Ali Baş Komandandır. Deyə bilərəm ki, hətta həyatını riskə ataraq Rusiya və digər bir sıra dövlətlərin maraqlarına zidd addımlar atıb. Ona görə kimsə deyə bilməz ki, vətən müharibəsində cənab Prezidentin xidməti yoxdur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, ayrı-ayrı ölkələrin jurnalistləri Azərbaycanın mövqeyi ilə bağlı hücuma keçərkən İlham Əliyevin onları neytrallaşdırması belə çox böyük iş idi: "Bu müharibənin aparılmasının əleyhinə tək Rusiya deyil, Avropa dövlətlərinin bir çoxu və ABŞ-da bu məsələnin əleyhinə idi. O qüvvələr də hamısı Ermənistanın yanında idi. Həmin qüvvələri neytrallaşdıran, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işində məlumatlandıran da Prezident İlham Əliyev idi. Ona görə də mən Tofiq Yaqublunun bu fikrini qərəzli mövqe hesab edirəm".
S.Cəlaloğlu vurğulayıb ki, biz nə qədər müxalifətçilik etsək də, əgər obyektiv olmasaq, onda heç kim bizim mövqeyimizin obyektivliyini qəbul etməyəcək: "Haqlının haqqını vermək lazımdır, o hətta bizim düşmənimiz olsa belə. Müxalifətik deyib məsələlərə bu cür yanaşsaq bu ədalətsizlik olar. Ona görə də mən Tofiq bəyin fikirləri ilə qətiyyən razı deyiləm. İlham Əliyevin şəxsən bu müharibədə çox böyük xidmətləri oldu. İlham Əliyev həm ölkənin Prezidenti, həm də Ordunun Ali Baş Komandanıdır. Ona görə də qazanılan hər bir uğuru onunla əlaqələndirməliyik. Müxalifətçi olmaq haqqı danmaq demək deyil. Müxalifət iqtidardan da vicdanlı olmalıdır. Çünki xalq iqtidarı əvəzləyə biləcək daha sağlam qüvvə olduğunu görsün. Yoxsa biz ağa qara, qaraya ağ desək xalq bizə heç vaxt dəstək verməz. Rəqibin haqqını vermək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB