Prezidentin qəhrəmanlığını danmaq Günəşi danmaq kimi bir şeydir - AÇIQLAMA ÖZƏL
"Tofiq Yaqublunun son açıqlamaları ilə bağlı onu deyə bilərəm ki, onun başı xarab olub. Tofiq kimilərin simasında cənab Ali Baş Komandana ideoloji hücumlar başlayıb. Onların xarici internet kanallarında ermənilərlə eyni səviyyədə olan hücumlarını görürük. Ortaya bir sual çıxır bəs bu uğuru cənab Prezident qazanmadısa, kim qazandı? Kim gördü bu qədər işi? Kim torpaqlarımızı işğaldan azat etdi? 30 ildir düşmən tapdağı altında qalan Şuşamızı, Qubadılımız, Zəngilanımızı və digər torpaqlarımızı kim azad etdi işğaldan?". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, bunların bu cür düşünməsi çox təbiidir: "Öz məqsədilərinə çatmaq üçün nöqsan axtarırlar. Bütün bunlara şərait yaradan Xalq Cəbhəsidir və onlar Akademiyadan idarə olunurlar. İdeoloji hücuma keçilməsi üçün onlara komanda verilib. Hazırda Beşinci kalon çox səmərəli və əhatəli şəkildə işləyir. Mən Tofiq Yaqublunu qınamıram, öz içimizdəkiləri qınayıram. Tofiq Yaqublu həmişə Azərbaycan xalqına düşmən olan bir insandır. Onun mövqeyi bundan artıq nə ola bilərdiki? Kərimli Əlinin dostundan da sadəcə bunu gözləmək olar. Milli qüruru, milli qeyrəti olan insanlar hər şeyi düzgün dərk edir. Cənab Ali Baş Komandanın bu vətən müharibəsindəki etdiyi qəhrəmanlığı danmaq Allahı, günəşi danmaq kimi bir şeydir".
H.Hacıyev vurğulayıb ki, onlar ictimai rəyi çaşdırmağa çalışırlar: "Son vaxtlar Səs TV-nin yeni formatda tamaşaçı qarşısına çıxması və televiziyada kəskin, real fikirlərin söylənməsi Beşinci kalona ən böyük cavabdır. Biz məhz bu istiqamətdə getməli, bu yöndə Ali Baş Komandanın gördüyü işləri xalqa çılpaqlığı ilə, olduğu kimi təqdim etməliyik. Onsuz xalq hər şeyi görür. İndiki zamanda nəyisə gizlətmək mümkün deyil. Ona görə də bir daha deyirəm ki, Tofiq Yaqublunun açıqlamaları sərsəmlikdən başqa bir şey deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB