"Ermənistan cəmiyyəti günahkardır" Sosioloq Karen Sarkisyan

"Ermənistan cəmiyyəti günahkardır" Sosioloq Karen Sarkisyan

Baş nazirin istefasını tələb edən insanların meydandakı hərəkətlərinin, məxməri inqilabla praktiki olaraq heç bir əlaqəsi yoxdur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri sosioloq Karen Sarkisyan ArmInfo-ya açıqlamasında deyib.

"Tamamilə fərqli bir şeylər deyilir və tələb edilir. Hələ də küçədə kritik kütlə toplamağa çalışırlar. 2018-ci il ilə ümumi cəhət isə “Nikola olmadan Ermənistan” şüarlarının əvəzinə “Bir addım at - Serjdən imtina et” şüarlarıdır. Beləliklə, müxalifət problemi Paşinyanın özündə cəmləşdirməyə çalışır və o gedən kimi hər şeyin çox yaxşı olacağını iddia edir. Ancaq onun gedişi ilə heç bir şey dəyişməyəcək”, deyə sosioloq fikirlərini gizlətməyib.

Sosioloqun fikrincə, Ermənistanın problemləri sistemli bir xarakter daşıyır və baş nazir kabinetində belə tək bir insan bu problemlərdən birini belə həll edə bilmir. O, qeyd edir ki, bu nöqteyi-nəzərdən, Sarkisyan, yaxud Paşinyan, ümumiyyətlə, onların yerinə kim olursa olsun Dağlıq Qarabağla bağlı vəziyyətin dəyişməyəcəyi bir reallıqdır.

Erməni cəmiyyətinin səviyyəsinə son dərəcə diqqət yetirən sosioloq, Hökumət Evini almağa çalışan etirazçıların, insanların reallıqla heç bir əlaqəsi olmadığını, bunu bir həqiqət kimi dərk etməyin daha vacib olduğunu vurğulayıb. Onun hesablamalarına görə, bu gün meydanda danışanların siyasi keçmişi yoxdur və daha çox ictimai fəal kimi davranırlar. Buna görə, onlardan öz sözlərinin əsaslandırılmasını, düşüncəli olmasını belə gözləmək lazım deyil.

“Bu insanlar qəbulolunmaz dildə danışırlar. Ancaq belə bir dırnaqarası "siyasi mədəniyyət"in dırnaqarası "məxmər" inqilabı sayəsində Ermənistanın həyatının bir hissəsinə çevrildiyini qeyd etmək lazımdır. Bu qonarma, dırnaqarası "nailiyyətdən" birtəhər xilas olmaq lazımdır. Parlament ofislərindən müxalifətə edilən eyni təhqirlər qəbuledilməzdir. Ən azından bu, bugünkü parlamentin keyfiyyətinin göstəricisidir. Əslində bugünkü problemlərin hamısı son parlament seçkiləri ilə başlayıb. Ancaq burada da hamı günahkardır, Ermənistan cəmiyyəti günahkardır”, deyə Sarkisyan fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə