"Tofiq Yaqublunun səsləndirdiyi fikirlər əlaqəsiz və məntiqsizdir" Abutalıb Səmədov
"“Milli Şura”nın üzvü Tofiq Yaqublunun səsləndirdiyi fikirləri təəccüblə izlədim. O qədər əlaqəsiz, o qədər məntiqsiz danışdı ki, arada aparıcı da müdaxilə eləməkdən, etiraz etməkdən özünü saxlaya bilmədi". Bunu "Səs" qəzetinə açıqlamsında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, siyasi prosesləri diqqətlə izləmədiyi açıq-aşkar hiss olunan “Milli Şura” üzvü T.Yaqublu gah Azərbaycanın qələbəsini Rusiyanın adına bağladı, gah Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə əlaqədar bəyanatını təhrif etdi və bir daha hamıya yaxşı məlum olan həqiqəti təsdiqlədi: "Azərbaycan iqtidarının alternativi yoxdur və yaxın vaxtda ortaya çıxmaq ehtimalı görünmür. Gələk, Yaqublunun iddialarına. 44 günlük Vətən savaşının qalibi Azərbaycan xalqı, onun əsgəri, zabiti və Ali Baş Komandanıdır. Rusiyanın hərbi əməliyyatlar zamanı mümkün neytrallığı saxlaması və bizə mane olmaması dövlət başçımızın uzun illər apardığı düzgün siyasətin nəticəsidir. Eyni zamanda bu neytrallığın digər səbəbi qardaş Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın birmənalı və cəsarətli mövqeyidir. Cənab Prezident Şuşanın azad olunması ilə əlaqədar müraciətində açıq mətnlə əvvəl bir neçə dəfə söylədiyi şərti bir daha təkrarlayaraq, “əgər tələblərimiz qəbul olunmasa heç bir güc bizi dayandıra bilməz!”-dedi. Mətn oxuya bilməyənlər, əvvəl deyilənləri ötürüb, tutuquşu kimi təkrarlayırlar ki, prezident- bizi heç bir güc dayandıra bilməz- demişdi, ancaq dayandı. Anlaya bilmirlər ki, dövlət başçımızın şərti qəbul olunduqdan və işğal altındakı rayonların azad olunma öhdəliyi və tarixi verildikdən sonra ordumuz Ali Baş Komandanın əmri ilə dayandı. Nə deyək, Azərbaycan müxalifəti bu gündədir və təsəllimiz odur ki, bu vəziyyəti xalqımız yaxşı bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB