Hayların hay-hayı gedib, vay-vayı qalıb... TƏHLİL

Hayların hay-hayı gedib, vay-vayı qalıb... TƏHLİL

Qondarma, dırnaqarası “inqilabdan” sonrakı müsahibələrindən birində Robert Koçaryan xalqın qəzəbinə yalnız soyuducu boş olduqda tuş gəlinəcəyini söylədikdə, şübhəsiz ki, mövcud vəziyyəti nəzərdə tuturmuş və görünür o ölkəsinin bu hala qalacağını da əvvəlcədən anlamışdı. Küçə nümayişçisinin repressiyalarının qurbanlarından birinə çevrilən eks-prezident ən azından, Paşinyan komandasının Qarabağı sahibinə təhvil vermək üçün hakimiyyət libası geyindiyi qənaətində olub.

Bununla yanaşı qeyd edək ki, Robert Sedrakoviç, hakimiyyətdə nə vaxtsa olan bir insan kimi yaxşı başa düşürmüş ki, özünü təmtəraqla "xalq" adlandıran bir naşını xalq heç zərrə qədər də maraqlandırmayıb. Ən azından bu gün etirazçıların hay-küyünə onun məhəl qoymaması deyilənləri təsdiq edir. Onun üçün hakimiyyəti qamarlamağın yeganə məqsəd olduğu görünür zamanında eks-prezidentə aydın idi, amma indi bu, şübhəsiz ki, hərhansı bir sıravi erməniyə də bəllidir.

Əslinə qalanda, Koçaryan milli bir fəlakətləri haqqında heç bir peyğəmbərlik etməyib. Sadəcə, xalq adından danışarkən ağzı köpüklənən, qışqırarkən ağzının suyu tökülənin bu təzahürlərinin yalnız mədə şirəsindən gələn impulslar olduğunu görürdü Ermənistanın eks-prezidenti. Heç şübhəsiz ki, onun bütün bunları görə bilməsi, daha doğrusu, “görmə qabiliyyəti” Paşinyanın da elə özü kimi erməni olmasından irəli gəlir. Yəni, hakimiyyət, yaxud nə isə əldə etmək uğrunda hər şeyi, bütün insanlığı belə qurban verməyə hazır olan erməni xislətinə bələd olması onun belə bir proqnozu verməsi üçün əsas səbəb hesab oluna bilər.

Ədalət naminə deyək ki, biçarə Koçaryan haqlı çıxdı. Bəli, erməni toplumunun nəinki soyuducusu, silah arsenalı da, büdcəsi də, hətta ümumilikdə başı belə boş görünməyə başladı və əvəzində meydanlar etirazçılarla doldu. Bu çarəsiz xalqın soyuducusunu Paşinyan nə vaxtdan düşünən ola bilərdi ki, onun özünü xilas etmək üçün büdcəsi belə boşdur.

Bu xalqın, bu erməni deyilən toplumun başı da həqiqətən söyuducusuna bənzəyir, həm böşdur, həm də buz tutub, donub sanki. Bu idarəedilməz kütləyə çevrilən tayfa, yəni haylar anlamırlar ki, onların hay-hayı gedib artıq. Uzaq başı, vay-vayı qalıb bunların. Daha heç bir hayın heyi belə qalmayıb. Belə vəziyyətdə nə istəyir bu başı buz bağlamış kütlə Nikol adlı axmağından? Bir də üstəlik yenicə yetim olan erməni baş nazir bundan sonra istəsə belə kimə nə və haradan, hansı hesabdan verə bilər ki, susdursun. Yaxud, beyinləri buz bağlamış erməni cəmiyyəti görmürmü ki, Dağlıq Qarabağ mövzusu ortaya atılanda Paşinyan baş götürüb qaçmağa yer axtrır? Anlamırlar ki, onları aldadan bu avantürist özü reallıqları, Azərbaycan tərəfinin dəfələrlə, özü də fantastik fərqlə güclü olduğunu öz bərəlmiş gözləri ilə görüb deyə, indi siçan deşiyi axtarır? Qanmırlar ki, işğal etdikləri torpaqlar müzakirtə mövzusuna çevriləndə baş nazirləri niyə boynunu büküb durur və dərk etmirləmi ki, bu hal onun çarəsizliyinin, zəifliyinin, ümumilikdə Ermənistan dövlətinin çarəsizliyinin və zəifliyinin təzahürüdür?

Bir zamanlar insanların narazılıqlarını, məsələn, kredit borclarını, cərimələrini, dolanışıqla bağlı cari problemlərini əlində bayraq edib, amma inqlab adı qoyaraq, əslində, dövlət çevrilişi edən Nikol Paşinyan guya başa düşmür indiki durumu? Guya anlamırmı ki, heç indi ortalıqda quyruq bulayanlara da onun özü kimi xalq, yaxud onların dövlətçiliyi lazım deyil və onlar da Nikolun özündən əvvəlkindən hakimiyyəti qopardığı kimi şəxsən onun özündən də hakimiyyəti geri istəyirlər? Adamdan soruşarlar ki, ay Nikol, sən almaq istəyəndə yaxşı idi, indi səndən almaq istəyəndə pis olur? Soruşarlar ki, sən niyə özündən əvvəlki kimi imtina etmirsən bəs hakimiyyətdən, kürsüdən, kreslodan? Axı onlar da, özünə müxalifət adı qoyan qüvvələr də xalq üçün, Ermənistan dövləti üçün yox, şəxsən özləri üçün Paşinyandan onun ələ keçirdiyini istəyirlər. Kimsə xalqın soyuducusunu, dövlətin büdcəsini doldurmaq üçün çalışmır bu ölkədə və məhz bunu anlamayan kütləyə, hay topasına başları soyuducu kimi donmuş dedikdə özümüzü haqlı hesab edirik.
Əslinə qalanda, bu hay tayfasında zərrə qədər ağıl olsaydı çoxdan anlayar və başa düşərdi ki, tarixin müxtəlif dönəmlərində və ümumiyyətlə varlıqları müddətində kimlərində oyuncaqlarına çevriliblər. Bu ayrı-ayrı dövlətlər də olub, Soros kimi iblisin fondları da, hətta onun əlaltısı olan Paşinyanlar da. İndi Ermənistanın baş nazirinə qarşı müxalifətin oyuncağı olanlar məgər iki il yarım bundan əvvəl onun özünün, şəxsən Nikol Paşinyanın oyuncağı deyildilərmi və bunu guya dərk etmirlərmi? Bu həmin o idarəedilməz kütlə deyildimi ki, bir-iki il bundan qabaq indi özünü baş nazir kürsüsünə yapışdıran və qopmaq istəməyən həmin o küçə nümayişisinin marianeti rolunda hərəkət edirdi? Bu sadalananlar erməni, hay tayfasının guya iddia etdikləri min illər bundan əvvəlki təcrübəsi deyil, son günlərinin təcrübələridir və görünür bu haylar hələ də hay-hay qanmaz uşaq kimidirlər. Əks təqdirdə nəticə çıxarardılar.

Soyunun, kökünün mövcudluğu dövründə xalqlar, millətlər qarşılaşdıqları hadisələrdən, yaxud faciələrdən ən azından dərs götürüblər. Ən azından nəticələr hasil ediblər. Amma, bu haylar ya dərk etməyiblər, ya da soysuz olublar. İndi bu soysuzlar, yəni haylar yenə də ortalıqda anlamadan, qanmadan hay salıblar ki, guya dövləti, ölkəni xilas edələr. Amma yenə də anlamırlar ki, onları məhv edən elə ağılsızlıqları, axmaq fikirləri, həqiqətdən çox-çox uzaq iddiaları, ambisiyaları, düşmənçilik əqidələridir. Dərk etmirlər ki, soyuducuları da, arsenalları da, büdcələri də elə başlarının boşluğu səbəbindən boş qalıb. Fərqində deyillər ki, bir-iki əsrdir Qafqaza köçürülən bu qovulmuş tayfaların olmayan beyinlərinə yerləşdirilən bu qədər uyğunsuz iddia, torpaq, məskən, vətən və ağıllarına belə gəlməyən mənsubiyyət iddiası onların ən böyük düşməni və sonlarını gətirib çıxaran səbəbdir. Əgər bu gün haylar öz hayında olsaydı, yaxud bu hayların başbilənləri onların hayında olsaydı, bu vaxta qədərki bütün cəfəng, uydurma nağıllarını yaddaşlarından silib atmağa çalışar, bölgədə sülh və əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamalarının vacibliyini onlara qandırardı. Amma, bunun əksini müşahidə edirik və hələ də hansısa yenidən doğuluşdan, qurtuluşdan, xilasdan, itirilənlərin bərpasından, hətta intiqam hissindən dəm vuranlar, bunu cəmiyyətə aşılamaq istəyənlər varsa və hakimiyyətə iddialıdırsa, deməli, hayların həqiqətən də artıq hay-hayı gedib, vay-vayı qalıb...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə