Korotçenko: "Paşinyan iqamətgahını tərk etməyə hazırlaşmır" PROQNOZ

Korotçenko: "Paşinyan iqamətgahını tərk etməyə hazırlaşmır" PROQNOZ

İkinci Qarabağ müharibəsində uğradıqları sarsıdıcı məğlubiyyətdən sonra Ermənistan və ümumilikdə erməni cəmiyyəti üçün şok vəziyyətindən çıxmaq üçün qisas çağırışları deyil, öz ölkəsi naminə yaradıcı əmək sərf etmək lazımdır. SİA xəbər verir ki, bu barədə Rusiyanın tanınmış politoloqu, “Milli müdafiə” jurnalının təsisçisi və baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, ermənilərin radikal müxalifəti, hələlik normal düşünmələri yerinə, bütün vasitələrlə Paşinyanı vəzifəsindən atmağa çalışırlar. Lakin Paşinyan da dirəniş göstərir.

“Bununla yanaşı, Paşinyan heyrətedici siyasi yaşam nümayiş etdirir və hələ ki, kütlənin lənət sədaları altında özünün “inqilabi” iqamətgahını tərk etməyə hazırlaşmır”, deyən Korotçenkoya görə, o, bu sualın cavabını bir neçə hissəyə bölüb.

1. Kreml Paşinyana münasibətdə neytral mövqe tutub. Nikol Vovayeviç bütün məsuliyyəti ilə üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirməli, Ermənistanla Azərbaycan arasındakı sərhədlərin demarkasiyasını həll etməlidir, ən əsası isə - missiyası tam şəkildə yerinə yetirilənə qədər ölkədə hakimiyyətin dayanıqlığını təmin etməlidir.

Ehtimal etmək olar ki, Paşinyan Rusiyadan onun devrilməməsi üçün siyasi zəmanət alıb.

2. Müxalifət İrəvanda Paşinyanı güc vasitəsi ilə devirmək üçün mitinqlərinə kritik kütlə toplaya bilmir.

Yəni məsələ onların az olmasında deyil, sadəcə, kritik kütlə toplana bilinməyib.

3. Ermənistan əhalisinin bir hissəsi de-fakto yeni siyasi reallığı qəbul edib – burada Qarabağ Azərbaycandır və artıq əbədiyyən.

4. Və sonda ən əsası – ordu və Milli Təhükəsizlik Xidməti hələ ki, Paşinyana sədaqətlərini qoruyurlar.

Vəziyyət dəyişəcəkmi – yaxın bir neçə həftələrdəki situasiya hər şeyi göstərəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə