"Rusiya Federasiya Şurasının sədri Matviyenkonun Qarabağın status məsələsi barədə dediklərinə çox ciddi baxmaq lazımdır. "Status üçün ayrıca danışıqlar olmalıdı. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik". Prinsipcə bu üç cümlənin arxasındakı mətləbləri real olaraq nə vaxt görəcəyimizi zaman göstərər". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, xanım Matviyenko Qarabağ məsələsində məlumatlı biri kimi özünü artıq göstərib: "Hələ Vətən müharibəsindən qabaq Milli Məclisin sədri Sahibə Qafarovanın Moskva səfəri zamanı Matviyenko ilə görüşünün ardınca rəsmi yayılan və sonra müvəqqəti üstündən keçilən məlumatı xatırlayaq. Məlumatda deyilirdi ki, rayonların Azərbaycana qaytarılması Kremlin rəsmi mövqeyidi. Sonrakı hadisələr təsdiqlədi ki, bu həqiqət idi. Matviyenko əslində bu gün status məsələsində prezident Putinin açıq dediklərini eynən təkrarlayır. Demək, Rusiyanın dövlət işteblişmentində Qarabağın statusuna dair ümumi fikrin olduğuna dair vəziyyət görsənir".
A.Quliyev vurğulayıb ki, Matviyenko "çox mürəkkəb status danışlqları qabaqdadır "deməklə nəyi nəzərdə tutur?
"Axı Azərbaycan Prezidentinin çox aydın dediyi "heç bir status olmayacaq" fikri ilə ifadə edilmiş sadə vəziyyət var?!... Rusiya status məsələsində ABŞ və Fransa üçün hansı rolu məqbul sayacaq?!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB