Nikol Paşinyanın hakimiyyəti sona çatmalıdır və bir şey edə bilmək üçün hakimiyyətə yeni bir rəhbərlik gəlməlidir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Vətəni Xilasetmə Hərəkatı”ndan vahid namizəd olan Vazgen Manukyan Faktİnfo-ya verdiyi müsahibəsində deyib.
Məlumata görə, o qeyd edib ki, Nikol Paşinyanın mövcudluğu zamanında, hakimiyyəti altında bir şeyi xilas etmək mümkünsüz görünür.
“Cinayətkar öz dəsti-xətti, öz yazısı ilə tanınır. Onun da yazısından, dəsti-xəttindən belə olacağı da bəllidir. Daha pisi isə hələ qabaqdadır”, deyə Vazgen Manukyan bildirib.
Baş nazirin istefa etməyi düşünmədiyinə gəlincə, Manukyan qeyd edib ki, bir çox ölkədə liderlər vəzifələrindən ayrılmaq istəməyiblər, ancaq gediblər və bu da mütləq gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB