Azərbaycan uğrunda İlham Əliyevin misilsiz əməlləri tükənməzdir - MÖVQE ÖZƏL
"Bu gün başda Ulu öndər olmaqla hər bir azərbaycanlının ən böyük, ən ali arzusu olan torpaqlarımızın işğaldan azad olunmasını məhz əbədiyaşar Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Ali Baş Komandan İlham Əliyevin siyasi gücü və Onun qurduğu Müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməzliyi sayəsində yaşayırıq. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu Azərbaycanda xalq-ordu-dövlət birliyinin və bu birlikdən doğan gücün nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam" sözləri ilə bu gün də davam edən məhz bu birliyin təməli qoyuldu". Bunu SİA-ya açıqlamasında YAP Nərimanov rayon Təşkilatının baş məsləhətçisi, Gənclər Birliyinin sədri Nərminə Yunusova deyib.
Onun sözlərinə görə, ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirib və sosial problemləri həll edib: "Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Azərbaycan xalqının alternativsiz Lideri İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri olmaqla yanaşı, həm də bu gün dünyanın ən güclü, ən təsiredici gücə malik dövlətlərini belə heyrətə salacaq Zəfəri yaşadaraq ədaləti özü bərpa etdi! İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyətindən geniş bəhs etmək olar, lakin Onun uzaqgörən və praqmatik daxili və xarici siyasət strategiyasından danışmağa və bu siyasətin dərinliklərini, detallarını sadalamağa, analiz etməyə nə kəlimələr, nə də zaman kifayət etməz. Ona görə ki, Azərbaycanın siyasi maraqlarının yüksək səviyyədə qorunması naminə ölkə rəhbərinin uğurlu fəaliyyəti ilə bərabər güclü və müasir ordu quruculuğu, Vətən Müharibəsində böyük zəfər qazanılması və ərazi bütovlüyünün təmin edilməsi uğrunda İlham Əliyevin misilsiz əməlləri bitməz, tükənməzdir".
N.Yunusova vurğulayıb ki, bu gün mövcud olan bir reallıq var, vaxtilə Azərbaycan adını ölkədən kənarda çəkərkən ardıyca bu ölkənin yerləşdiyi coğrafi məkanı, üzləşdiyi ədalətsizliyi və digər məqamları izahat verməli olurduqsa, bu gün artıq heç bir izaha ehtiyac olmadan Azərbaycan adının səslənməsi kifayət edir ki, həmin an gözlərdə, düşüncələrdə ədalətin, Zəfərin, günəşin əksi canlansın! "Bu xoşbəxtliyi bizlərə yaşadan, Azərbaycanı dünyaya Günəş tək doğuran Lideri, İlham Əliyevi son nəfəsimizədək dəstəkləmək, Onun ətrafında sıx birləşmək bizlərin ən ümdə borcu və vəzifəsidir!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB