"Hər ili yola salanda dönüm arxaya baxırıq. Baxırıq ki, bu il xalqımızıqn yaddaşında nə ilə, hansı nailiyyətlərlə yadda qalıb. Deyərdim ki, son 17 ilin uğurlarının ümumiləşdirilmiş mənzərəsi: 30 ilin həsrətinə 44 günün - ZƏFƏR TARİXİDİR! O Zəfər tarixi ki, Ali Baş Komandanımız, Qalib Sərkərdə İlham Əliyev "Qarabağ Azərbaycandır!" dedi və onu bizə qaytardı!". Bu fikirləri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev SİA-ya açıqlamasında bildirib.
S.Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlmişdir: "Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmış, ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmışdır. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilmişdir",-deyən S.Əliyev dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır: "Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri dəfələrlə yüksək qiymətləndirmiş, bu sahədə nümunəvi ölkə adlandırmışdır. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar və eləcə də vətəndaşlar üçün nümunə olmuş, 2020-ci il iyul ayının 10-da məhz cənab İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı xüsusi təşəbbüsü dünya dövlətləri tərəfindən yekdilliklə dəstəklənmişdi".
"Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü diplomatik siyasəti ilə 30 il həsrətində olduğumuz Qarabağ Azərbaycandır! işğal altında olan torpaqlarımızın azad olmasına nail oldu. Bu gün bütün Azərbaycan xalqı, bütün türk dünyası Zəfər tarixinin Qələbə təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu»,- deyən YAP Masallı rayon təşkilatının sədri S.Əliyev onu da vurğulayıb ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında diz çökmüş oldu. Və bununla da Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür".
"2003-cü ildə ilk dəfə cənab İlham Əliyev ölkə Prezidenti seçilərkən – "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", dediyi sözlərin bu gün sözdə yox, reallığa çevrildiyinin şaşidi oluruq", - deyən S.Əliyev onu da bildirib ki, Qarabağ Azərbaycandır!ı bizə qaytaran Qalib SƏRKƏRDƏMİZ İlham Əliyev cənabları bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Sizinlə - Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, məğrur, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur: "Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Zəfər günün mübarək!. Tanrı Sizi qorusun – QALİB SƏRKƏRDƏMİZ, REZİDENTİMİZ!".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB