İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətinə qarşı yönəlmiş növbəti mitinqdə iştirak edən etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən həbsinə başlanılıb. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Ordusunun Qarabağdakı məğlubiyyətinə və Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın 10 Noyabr gecəsi Qarabağdakı münaqişəyə son qoyma şərtlərinə dair ortaq bir bəyanatın şərtlərinə etiraz edirlər.
Bir qədər əvvəl baş tutan bir etiraz aksiyasında təhlükəsizlik işçiləri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Polis etirazçıları həbs etməyə başlayıb.
Xəbər veriyimiz kimi, müxalifətin Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən növbəti mitinqi 22 dekabrdan başlayıb. Eyni zamanda, yüzlərlə fəal ölkənin hökuməti və Baş Prokurorluğunun binalarını bloklayıb.
Mitinqi “Vətənin Qurtuluş Hərəkatı”nı yaradan Ermənistanın 17 müxalifət partiyası təşkil edib. Mitinqçilər Paşinyanın istefasını tələb etdilər.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB