Son döyüş əməliyyatlarının getdiyi ərazilərdə axtarışlar davam edir və əməliyyatlarda bir neçə dəstə, ölənlərin, itkin düşənlərin yaxınları iştirak edir və aparılan axtarış işləri zamanı daha 8 erməni hərbçinin qalıqları tapılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan Sputnik Ermənistan müxbirinə danışıb.
Məlumatda qeyd olunur ki, axtarış işləri Şuşa, Cəbrayıl ərazilərində də davam edir. Xatırladılır ki, beləliklə, 13 noyabrdan bu günə qədər artıq 1069 erməni əsgərinin və mülki şəxsin cəsədi və qalıqları tapılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB