Dünən deputatların hamısı test verib və heç kim virusa yoluxmayıb - Spiker
Bütün deputatlar koronavirus testindən keçiblər heç kimdə virus yoxdu. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Büdcə müzakirələri zamanı çıxışların 10 dəqiqə olmasına etiraz edən bəzi deputatlara S.Qafarova cavab verərək qeyd edib ki, bu, sadə bir sənəd deyil və deputatların çıxışı üçün reqlament 10 dəqiqə olacaq: “Əgər kimsə koronavirusdan narahatdırsa, dünən deputatların hamısı test verib və heç kim virusa yoluxmayıb”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB