Ölkəmizin xoşbəxt gəlcəyi Prezidentin quruculuq starategiyası ilə bağlıdır - Sahibə Qafarova

Ölkəmizin xoşbəxt gəlcəyi Prezidentin quruculuq starategiyası ilə bağlıdır - Sahibə Qafarova

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2021-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başlanılıb. SİA xəbər verir ki, iclasda Baş Nazir və hökumət üzvləri iştirak edir.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib:
“Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür. Həyata keçirdiyi uğurlu işlərlə xalqımızın dərin rəğbətini qazanıb. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan güclü dinamik, inkişaf edən qüdrətli dövlətə çevrilib. Ölkəmizin xoşbəxt gəlcəyi cənab Prezidentin quruculuq starategiyası ilə bağlıdır. Cənab Prezident İlham Əliyev əsl sərkərdəlik məharəti ilə Vətən müharibəsində qazandığımız qələbənin memarıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə