“Təmas xəttində 283 kilometr fortifikasiya səddi mövcud idi” - OHANYANDAN ETİRAF

“Təmas xəttində 283 kilometr fortifikasiya səddi mövcud idi” - OHANYANDAN ETİRAF

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib ki, Dağlıq Qarabağdakı məğlubiyyətin əsas səbəbi komandanlığın və ölkə rəhbərliyinin koordinasiyasız qərarlarının nəticəsidir. SİA xəbər verir ki, bunu lenta.ru yazır.

Onun sözlərinə görə, hərbi əməliyyatlara qədər Azərbaycanla təmas xəttində 283 kilometr fortifikasiya səddi mövcud idi və qarşı tərəf (Azərbaycan) əvvəlcə yalnız iki yeri yara bildi.

Ohanyan qeyd edib ki, əgər komandanlıq gələcəkdə savadlı fəaliyyət göstərsəydi cəbhədəki növbəti fəlakətin qarşısını almağa müvəffəq olardı.

“Bu müharibədə erməni ordusu deyil, məhz özünün koordinasiyasız addımları, hərbi-siyasi reallıqları düzgün qiymətləndirməyən hakimiyyət uduzdu”, deyən sabiq müdafiə naziri əlavə edib ki, siyasi hakimiyyətin dəyişdirilməsinin tərəfdarıdır və fəaliyyətdə olan baş nazir Nikol Paşinyanın inqilabından təəssüf hissi keçirir. Ohanyan bunu ötən iki il yarım ərzində ölkədə xarici siyasətin və idarəçili sisteminin səbəbi olaraq qiymətləndirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə